Печат Печат
CBC TV Azerbaijan

CBC TV Azerbaijan

Published on Mar 30, 2018

Bolqarıstanda fəaliyyət göstərən  GİSDİ - Azad və Demokratik Seçkilər uğrunda Vətəndaş Təşəbbüsü qeyri-hökumət təşkilatının uzunmüddətli missiyası  aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı aralıq hesabat hazırlayıb. Sənədin təqdimatı ilə bağlı keçirilən brifinqdə bildirilib ki, hesabat siyasət, media, seçki, hüquq və vətəndaş cəmiyyəti ekspertlərindən ibarət  müşahidəçilər missiyasının müşahidə və araşdırmaları nəticəsində hazırlanıb. Hesabatda ekspertlərin makrosiyasi şərait və sistem, Azərbaycanda seçkiqabağı vəziyyət, hüquqi çərçivə və seçki administrasiyası, seçki siyahıları və seçicilərin qeydiyyatı, namizədlərin irəli sürülməsi və qeydiyyatı, seçki kampaniyası, seçki prosesində medianın rolu, şikayət və müraciətlər, üzrə müşahidələri yer alıb. Bolqar müşahidəçilər hesab edirlər ki, Azərbaycanda beynəlxalq standartlara uyğun demokratik və ədalətli seçkilərin keçirilməsi üçün lazımi şərait mövcuddur. Ekspertlərin fikrincə, bunu seçkiqabağı şərait və qanunverici baza təmin edir. Hesabatın tam mətni aprelin 2-də təqdim olunacaq və təşkilatın saytında yerləşdiriləcək.

Martın 18-dən Azərbaycanda seçki öncəki vəziyyətin müşahidəsini aparan bolqar müşahidəçilərİN işindən danışan missiya rəhbəri Mihail Mirçev bildirdi ki,  missiyada 80-dən çox beynəlxalq müşahidəçi yer alıb. Bu müşahidəçilərin hamısı qısamüddətli müşahidəçilərdir. Avropa ölkələrindən olan beynəlxalq müşahidəçilərin hər biri seçki günü 4 və ya 6 seçki məntəqəsində müşahidə aparacaq.

Qeyd edək ki, aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı müşahidələr aparan Bolqarıstanın Azad və Demokratik Seçkilər uğrunda Vətəndaş Təşəbbüsü qeyri-hökumət təşkilatı 1990-cı ildə təsis edilib. GİSDİ Bolqarıstanda ilk demokratik seçkiləri müşahidə edib və bir sıra beynəlxalq seçki müşahidə missiyalarında iştirak edib.  2003-cü ildən isə Azərbaycanda seçkiləri müşahidə edir.


Печат Печат


» Azer EOM 2018 » Media Covarage » CBC TV Azerbaijan